Yuxarı Keçid

Azərbaycanın
Müqəddəs Ocaqları Turu

Azərbaycanın
Müqəddəs Ocaqları Turu

 

Vaxt : Hər gün Müddəti: 4 saat Marşrut: “Yanardağ” – hərfi  tərcümədə  “Yanar  dağı” – Məhəmmədi  qəsəbəsində  yerləşən  Abşeron  yarımadasının  ən  cəlbedici  yerlərindən  biri sayılır. Artıq  uzun  illərdir  ki, dağın  ətəyində gecə-gündüz  alov  dilləri  şölə  saçır. Əslində  Yanardağ  öz  adını  doğruldur, yəni  sözün  əsil  mənasında  yanır  və  artıq  bir  çox  minilliklərdir  ki, onun  yanından  keçən  insanları, səyyahları, tarixçiləri, dindarları  və  alimləri  həm  bir  qədər  təlaşa  salır, həm  də  eyni  zamanda  ovsunlayır. Həqiqətdə  isə  burada  torpağın  üst  qatlarından  təbii  qaz  buxarlanır  və  alovlanaraq  elə  təəssürat  yaradır  ki, elə  bil  dağ  od  tutub  yanır. Elmi  nöqteyi-  nəzərdən  tamamilə  aydın  olan  bu  izaha  baxmayaraq, Yanardağla  bağlı  çoxlu  əfsanələr  var  və  yerli  sakinlər, hətta  başqaları  da  indiyə  kimi  onu  müqəddəs  yer  sayır  və  ziyarət  edirlər. Əvvəllər  bu  dağın  ətəyində  dünyanın  bütün  guşələrindən, xüsusi  ilə  də  Hindistan  və  İrandan  gələn  atəşpərəstlər  toplaşardılar. Bu  gün  isə  bura  Rusiya, Almaniya, Yaponiya, Koreya  və  Norveçdən  gələn  turistlərin  sayı  azalmaq  bilmir. Bundan  əlavə, Yanardağ  indiyə  kimi  buddistlərin  də  ziyarət  yeridir  və  onlar  bu  dağın  müqəddəsliyinə  inanır, onun  ətəyində  meditasiya  edirlər. Hal-hazırda, dünaynın  bu  möcüzəsi  Azərbaycanın  tarixi  memarlıq  qoruğudur  və  dövlət  tərəfindən  mühafizə  olunur. Biz  tarixi  sevən, səyahət  etməyi  xoşlayan   və  möcüzəyə  inanan  hər  bir  kəsə  möcüzəli  və  sirli  Yanardağı  ziyarət  etməyi  tövsiyə  edirik. Bakı  “odlar  diyarı”  kimi  ilk  dəfə  hələ  V  əsrə  aid  mənbələrdə  xatırlanır. V  əsrin  birinci  yarısında  Bizanslı  tarixçi  və  yazıçı  Prisk  Paniyski  Skifiyadan  Midiyaya  aparan  yolu  təsvir  edərək  “Bağavanın  yaxınlığındakı  dəniz  daşından  püskürən  od” barədə  məlumat  verir. Digər  mənbələrdə  isə  “Bağavan”  “Atşi-Baquan”  adlanır. Burada  Atş – sözü  od  mənasını  bildirən  “Atəş”  sözünün  təhrif  olunmuş  formasıdır, “Atşi-Baquan”  adı  isə  “Baquanın  odları”  deməkdir. Atəşpərəstlər Tarixdə  ilk  dəfə  Abşeron  atəşpərəstləri  barədə  söz  açan  ərəb  mənşəli  coğrafiyaşünas  alim  Əl-İstarxi  930-cu  ildə  yazırdı  ki, “Bakının  yaxınlığında  atəşpərəstlər  yaşayır”. Yəqin  ki, atəşpərəstlərin  indiki  Azərbaycan  ərazisində  meydana  çıxması  tarixini  də  məhz  buradan  başlamaq  olar. XV  əsrdən  başlayaraq  (rus  səyyahı  Afanasi  Nikitinin  indiki  Atəşgah  məbədini  xatırlatması  məhz  bu vaxta  təsadüf  edir), bura  Hindistandan  ticarət  karvanları  ilə  birlikdə  zəvvarlar  qrupu  gəlməyə  başladı. Həmin  dövrün  məlumatlarına  əsasən, bir  çoxları  Şimali  Hindistandan  sitayiş  yerlərinə  qədər  bütün  yolu – minlərlə  kilometri – dizi  üstə  keçirdi. Novruz  bayramında  azərbaycanlıların  ruhunun  od  fenomeninə  yaxınlığını  göstərən  qədim  mərasimlər  həsr  edilir. Dörd  təbii  ünsürün (su, od, torpaq, hava) rəmzi  olaraq, həftənin  hər  çərşənbə  axşamı  günü  ölkənin  bütün  yerlərində  tonqallar  qalanır. İnanca  görə, hər  kəs, istər  qoca, istər  cavan  tonqalın  üstündən  7  dəfə  tullanmalı, ötüb  keçməkdə  olan  qışın  ağırlığını  od-alova  verməlidir. Ona  görə  də  hər  kəs  öz  ocağını  yandırır. Tur  xidmətlərinə  daxildir: -         Komfortlu  avtobus -         Rus  dilli  lisenziyalaşdırılmış  bələdçi -         Giriş  biletləri   Bron:  Sifarişlər  turun  başlanmasına  bir  gün  qalmışa  kimi  qəbul  edilir.

1  nəfərin  qiyməti
2  nəfər 3  nəfər 4-6  nəfər 7-16  nəfər
55 USD 45  USD 40 USD 30 USD

  Ödəniş: Ödəmə  ilə  bağlı  məlumatı  öyrənmək  üçün  “A  La  Carte  Travel”  şirkətinin  menecerləri  ilə  aşağıda  göstərilən  kontaklarla  əlaqə  saxlamaq  lazımdır.

 Bizimlə Əlaqə

azerbaijan yanardaghexcursion to azerbaujanexcursion to bakuexcursion to yanardaghtours to yanardagh