Yuxarı Keçid

Qobustan Və Palçıq Vulkanları Turu

Qobustan Və Palçıq Vulkanları Turu

Vaxt : Hər gün

Müddəti: 4 saat

Marşrut: Qobustan  dövlət  tarixi-bədii  qoruğu  ilə  tanışlıq. Burada  siz  6000-dən  artıq  sirli  qayaüstü  şəkil – adamları  və  heyvanları  təsvir  edən  petroqliflər görə  bilərsiniz, hansı  ki, ibtidai  insanlar  tərəfindən  yaradılmışdır. Bundan  başqa, Qobustanda  palçıq  vulkanlarının  aktivliyini  nadir  təbiət  hadisəsi  hesab  etmək  olar. Qobustan  dövlət  tarixi-bədii  qoruğu  və  ya  sadəcə  olaraq  Qobustan – dünya  mədəniyyətinin  nadir  abidəsi, bəşəriyyətin  ilkin  sivilizasiya  məskənlərindən  biridir. Bu  arxeoloji  qoruq, Bakıdan  60  km  cənubda  yerləşən  və  ərazisi  537  hektar  olub, qayaüstü  şəkillərin  mədəni  peyzajından  ibarət  düzənlikdir. Burada  aşkara  çıxarılmış  mağaralar, məskən  və  sərdabə  izləri  üst  paleolit  dövrü  ilə  orta  əsrlər  arasındakı  dövrdə  bu  ərazidə  insanların  sıx  yaşadıqlarını  göstərir. Qoruq  ərazisində  Böyükdaş  dağının  ətəyində  bizim  eranın  I  əsri, 84  və  96-cı illərə  aid  İldırım  Sürətli  Legionun  olduğunu  qeyd  etmiş “Fulminata” ləqəbli  Roma  imperatoru  Domisianın  legionu  tərəfindən  qoyulmuş, üzərində  latın  dilində  yazılmış  daş  lövhələr  vardır.

Tur  xidmətlərinə  daxildir: -         Komfortlu  avtobus -         Rus  dilli  lisenziyalaşdırılmış  bələdçi -         Giriş  biletləri   Bron:  Sifarişlər  turun  başlanmasına  bir  gün  qalmışa  kimi  qəbul  edilir.

1  nəfərin  qiyməti
2  nəfər 3  nəfər 4-6  nəfər 7-16  nəfər
55 USD 40  USD 35 USD 25 USD

  Ödəniş: Ödəmə  ilə  bağlı  məlumatı  öyrənmək  üçün  “A  La  Carte  Travel”  şirkətinin  menecerləri  ilə  aşağıda  göstərilən  kontaklarla  əlaqə  saxlamaq  lazımdır.

Bizimlə Əlaqə

excursion to bakuexcursion to mud volcanoesexcursion to mud volcanoes absherongobustan and mud volcanoes